Niyə reklam yerləşdirmək üçün bizi seçməlisiniz?
ElanEvi.com öz mükəmməl və rahat anlaşılan strukturu ilə Azərbaycanın elan saytları arasında qabaqcıl yer tutmaqdadır. Reklam yerləşdirənlər üçün ElanEvi.com-un ən əsas üstünlükləri aşağıdakılardan ibarətdir:

Sayt demək olar ki Azərbaycanın bütün mal, əmlak və xidmətlər bazarını əhatə edir. Belə ki, saytda reklam yerləşdirməklə siz spesifik bir sahəni deyil, bütün mal və xidmətlər bazarının alıcı və satıcılarını hədəfləmiş olursunuz.

Saytdan müxtəlif yaş qrupuna aid istifadəçilər istifadə edir. Məsələn: iş axtaran gənclər, iş təklif edən biznes sahibləri və s. Sizin reklamınız həm gənclər, həm də orta və ya daha yaşlı istifadəçilər tərəfindən oxunacaqdır.

Saytdan müxtəlif gəlir səviyyəsinə aid istifadəçilər yararlanır. ElanEvi.com az qiymətli əşyaların satışından, böyük daşınmaz əmlak sahiblərinin elanlarına qədər hər cür elanı özündə cəmləşdirir. Bu da o deməkdir ki, sizin reklamınızı istənilən gəlir səviyyəsinə aid olan istifadəçilər oxuyacaqdır.



Qiymətlər
Reklam xidmətlərimizin qiymətləri aşağıdakı şəkil və cədvəl vasitəsilə izah olunmuşdur.



  1 ay 2 ay 3 ay 4 ay
Grand Banner 200 AZN 350 AZN 500 AZN 650 AZN
R1 90 AZN 160 AZN  230 AZN 300 AZN
R2 90 AZN 160 AZN  230 AZN 300 AZN
R3 90 AZN 160 AZN  230 AZN 300 AZN
R4 70 AZN 120 AZN  170 AZN 220 AZN
R5 70 AZN 120 AZN  170 AZN 220 AZN

Reklam bannerləri üçün qəbul olunan formatlar bunlardır: jpg, jpeg, gif, png, swf. Yuxarıda göstərilən bannerlərdən GRAND BANNER-in maksimal ölçüsü 100KB olmalıdır, digər bannerlər üçün maksimal ölçü isə 60KB-dır.



Ödənişlər
Əməkdaşlarımızın rahatlığından və təhlükəsizliyindən əmin olmaq üçün ödənişləri PayPal ödəniş sistemi vasitəsilə qəbul edirik. PayPal haqqında daha ətraflı məlumat əldə etmək üçün bu linkdən istifadə edin. PayPal vasitəsilə masanınız arxasından qalxmadan bir neçə dəqiqə ərzində ödənişlərinizi kredit və ya debet kartınız vasitəsilə tamamilə təhlükəsiz şəkildə həyata keçirə bilərsiniz. Ödənişləri aşağıda izah olunan şəkildə qəbul edirik.

1. Yuxarıda təqdim olunmuş bannerlərdən istədiyinizi seçdikdən sonra, bannerin kodunu yerləşdirmə müddətini qeyd etməklə reklam@elanevi.com ünvanına göndərin.
2. Tələbiniz işçilərimiz tərəfindən nəzərdən keçirildikdən sonra seçdiyiniz bannerə və yerləşdirmə müddətinə görə PayPal faktura hesablanaraq elektron ünvanınıza göndəriləcək (AZN ilə verilmiş dəyərlər fakturada ABŞ dollarına çevrilərək hesablanacaqdır).
3. Göndərilən fakturanı ödədikdən və yerləşdirəcəyiniz reklam bannerlərini reklam@elanevi.com ünvanına göndərdikdən sonra 24 saat ərzində reklamınız yayımlanmağa başlayacaqdır. Reklamın yayımlanma müddəti yayımlanmağa başladığı saatdan etibarən sayılmağa başlayacaqdır.

Səhifənin başına qayıt




Əlaqə:
reklam@elanevi.com
(055) 627 51 67